“Orta ümumtəhsil müəssisələrində təhsil alan 1,6 milyon şagirdin 750 minini qızlar təşkil edir. 9-cu sinifdən isə qız şagirdlərin sayı azalmağa başlayır. Bununla belə ali məktəblərə qəbul imtahanlarında 3 və 4-cü qruplarında qız şagirdlərin sayı çoxluq təşkil edir”.
525.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, Azərbaycanda abituriyentlərin əksəriyyətinin bilikləri əzbərçilik üzərində qurulduğundan, onların öz fikirlərini ifadə etmək bacarığı aşağı olur. Bunu aradan qaldırmaq üçünsə mütləq uşaqlara liderlik keyfiyyətlərini aşılayan, inkişaf etdirən, natiqlik bacarıqlarını artıran məktəblərin olması vacibdir.
Ekspertin fikrincə, şagirdlərdə özünəinam və özünü ifadə etmə bacarıqları formalaşdırılmalıdır. Bu mənada əsas yük orta təhsilin üzərinə düşür:
Sevinc Qarayeva