Çinin cənubundakı Fucien əyalətinin mərkəzi Fucou şəhərində Covid-19 hallarının artması səbəbindən universitetlərin karantinə alındığı bildirilib.
525.az xəbər verir ki, epidemiyaya qarşı mübarizə və profilaktika tədbirləri çərçivəsində şəhərdəki 36 universitet və kollec şəhərciyinə giriş-çıxış qadağan edilib, paytaxtın 9 rayonunda məktəblər həftə sonuna qədər bağlanıb.
Fucou Təhsil Departamentinin direktoru You Shin verdiyi açıqlamada kampuslarda yaşayan tələbələr və müəllimlərin çölə çıxa bilməyəcəklərini, kampusdan kənarda yaşayanların isə girişinə qadağa qoyulacağını bildirib. Bütün məktəblərdə və təhsil müəssisələrində dərslər onlayn rejimdə aparılacaq və həftə sonu keçiriləcək müəllimlik ixtisası imtahanına yalnız yaşıl sağlamlıq kodu olan namizədlər buraxılacaq.
Malik Atilay