Oktyabrın 28-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən 525.az-a verilən xəbər görə, hər iki fənn üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının müzakirəsi olub. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Sevinc Qarayeva