“Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 4-də Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati olacaq.
İdarənin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında səmərəli fəaliyyət göstərən, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya yayan Reza Deqati Zəfər Günü ərəfəsində şagirdlərlə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin aşılanmasında məktəbin rolu, yeniyetmələrdə təəssübkeşlik hisslərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətirəcək.
Sevinc Qarayeva