Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a bildirilib ki, xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.