|
|
|
|
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Tarixçiləri Birliyinin və muzeyin birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, ölkəmizdə paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərgi açılıb. Azıx mağarasından ibtidai insan qalıqlarının aşkara çıxarılmasının 46-cı ildönümünə həsr olunmuş fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş etdirilib.
1968-ci il iyunun 23-də Azərbaycanın dilbər guşəsi olan Qarabağ ərazisindəki Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edilib. Görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyasının burada apardığı tədqiqatlar zamanı ibtidai insana məxsus çənə aşkar edib. Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olub. Tədqiqat zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilib və tapıntıya "Azıxantrop tipli ibtidai insan" adı verilib.
S.ABDULLAYEVA



