|
|
|
|

Polşa Qərbi Ukraynanın bəzi hissələrini Varşava əyalətləri hesab edir.
525.az xəbər verir ki, bu barədə Avstraliyanın “The Conversation” nəşri açıqlama yayıb. Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçıları Feliks Kravatzek və Piter Qoldşteyn qeyd ediblər ki, Şərqi Avropanın iki ölkəsi arasında əraziyə görə gərginlik hələ də davam edir. Müəlliflər qeyd edirlər ki, Polşa sakinləri ukraynalıları slavyan mənşəli və ortaq tarixə görə qohum xalq hesab etmələrinə baxmayaraq, eyni zamanda Varşavada Qalisiya və Volıniyadakı keçmiş ərazilərini də unutmurlar.
Üstəlik, Polşa ilə Ukrayna arasında münasibətlər əsas tarixi hadisələrə və şəxsiyyətlərə baxış fərqləri səbəbindən daha da gərginləşib. Xüsusilə Almaniyadakı keçmiş səfir Andriy Melnikin Ukrayna xarici işlər nazirinin müavini təyin edilməsinin iki ölkə arasında çəkişmələrə səbəb ola biləcəyi vurğulanır.
"Bir çox polyak üçün 1943-1945-ci illər arasında Volinyada Banderanın rəhbərliyi altında baş verən qətllər soyqırım kimi qəbul edilir”, - deyə müəlliflər qeyd edib.
Moskva da öz növbəsində Polşanın Ukraynaya qarşı aqressiv niyyətini dəfələrlə bəyan edib. Belə ki, noyabrın 30-da Federasiya Şurasının senatoru Olqa Kovitidi deyib ki, Polşa zəifləmiş Ukrayna dövlətindən onu parçalamaq üçün istifadə edə bilər. Bu şəkildə o, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Polşanın Qərbi Ukrayna torpaqlarının ilhaqına hazırlığı sürətləndirməsi ilə bağlı fikirlərini şərh edib.
Qeyd edək ki, sentyabrda Rumıniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Andrey Marqa Ukraynanın müasir sərhədlərini qeyri-təbii adlandırıb və Kiyev hakimiyyətini Zakarpatiyanı Macarıstana, Qalisiyanı Polşaya, Bukovinanı Rumıniyaya verməyə çağırıb.
Havar Şəfiyeva



