|
|
|
|

İran Çin-Körfəz Əməkdaşlıq Şurası Zirvə İclasından sonra İranın nəzarəti altında olan və Birləşmiş Ərəb Əmirliklərinin İranın nəzarətində olan Fars körfəzindəki üç ada ilə bağlı verdiyi birgə bəyanata cavab olaraq Çinin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
525.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Çin-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Zirvə Toplantısından sonra açıqlanan yekun bəyanatda ölkəsinə qarşı ittihamları pislədiklərini bildirib. Kenani bəyanatda qeyd edib ki, ölkəsi ilə bağlı "bəzi addımların atılması onları təəccübləndirib".
İranın nəzarəti altında olan və BƏƏ-nin də haqq iddia etdiyi Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı açıqlamalara işarə edən Kenani: “İran bu adalarla bağlı hər hansı iddianı müdaxilə kimi qiymətləndirir”, - deyib.
Digər tərəfdən, mövzu ilə bağlı "Twitter" hesabından açıqlama verən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan: "İranın ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi ilə bağlı heç bir əks addıma dözməyəcəklərini", - bildirib.
"Fars körfəzindəki üç ada Əbu Musa, Kiçik Tunb və Böyük Tunb İran torpaqlarının ayrılmaz hissələridir və əbədi olaraq bu vətənə aiddir", - Abdullahiyan deyib
Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkənin dərc etdiyi birgə bəyanatın bir hissəsində İranı “başqa ölkələrin daxili işlərinə qarışmamağa” çağırıb. Çin və Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında keçirilən zirvə görüşündən sonra yayımlanan birgə bəyanatda: “BƏƏ-nin Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı İranla münaqişəsi beynəlxalq hüquq çərçivəsində və ikitərəfli qaydada sülh yolu ilə həllə nail olmaq cəhdini ehtiva edir", - deyə vurğulanıb.
Malik Atilay



