|
|
|
|

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə xaricə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedib.
525.az xəbər verir ki, ölkəsindəki müharibənin 300-cü günündə ilk xaricə səfərini ABŞ-a edən Zelenskinin təyyarəsi Vaşinqton vaxtı ilə saat 12:30 radələrində paytaxt yaxınlığındakı aviabazaya eniş edib. Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə ikitərəfli görüş keçirəcək. İki lider görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edək ki, Zelenski daha sonra Konqresin birgə iclasında konqres üzvlərinə müraciət edəcək.
Malik Atilay



