https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

Elvis Preslinin yeganə qızı vəfat etdi

Elvis Preslinin yeganə qızı vəfat etdi

Müğənni və rok-n-roll kralı Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.

525.az Axşam.az-a istinadən xəbər verir ki, 54 yaşlı Liza Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Onun ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Anası Prisilla Presley qızının vəfat etdiyini təsdiqləyib. "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm" deyə, o, bildirib.

Qeyd edək ki, Liza Mari Presli 1968-ci ildə anadan olub və Elvis qəfil öləndə 9yaşlı qız atasının sərvətinin yeganə varisi olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.