Goranboyda qumbaraatan aşkarlanıb.
DİN-dən 525.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torbaya bükülmüş 1 ədəd "RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb.
Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.