
Cənubi Afrikanın Moskvadakı səfiri Maketuka ölkədəki hər bir uşağın Putini tanıdığını bildirib.
Cənubi Afrika Respublikasının Moskvadakı səfiri Mzuvukil Maketuka Avrodiplomatiyanın rəhbəri Cozep Borrelin Rusiya Prezidenti Vladimir Putinin kim olduğunu bilməməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
525.az xəbər verir ki, Maketuka Putinin ölkədə yüksək populyarlığından danışıb və vurğulayıb ki, Cənubi Afrikada hər bir uşaq Rusiya Prezidentinin şəxsiyyəti haqqında bilir.
“Mən düşünmürəm ki, Cənubi Afrikada Putinin kim olduğunu bilməyən bir uşaq belə yoxdur. Hətta mənim on yaşlı nəvəm də bilir. Buna görə də Putini tanımayan bir cənubi afrikalı olduğuna şübhə edirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, diplomat Cənubi Afrikada Moskva və Sankt-Peterburq şəhərlərinin hansı ölkədə yerləşdiyini dəqiq bilirlər, çünki məktəblərdə Rusiyanın 20-ci əsrdəki tarixi öyrənilir deyə qeyd edib.
Havar Şəfiyeva



