Rayonun “İnstitut” adlı qəsəbəsində "VAZ" markalı iki minik maşını toqquşub.
525.az xəbər verir ki, qabaq-qabağa zərbənin gücündən dağılmış “Jiquli”lərdəki sürücü və sərnişinlər - 1990-cı il təvəllüdlü Arzuman Hüseynov, 1983-cü il təvəllüdlü Vüsal Həsənov, 1966-cı il təvəllüdlü Rafiq Qurbanov, 1966-cı il təvəllüdlü Elxan Məmmədov və 1960-cı il təvəllüdlü Ərəstun Nağıyevciddi xəsarətlərlə xəstəxanaya aparılıblar.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Z.Murad