|
|
|
|

Kolumbiya Karib hövzəsi ölkəsi Haitidə 20 ildir bağlı olan konsulluğunun yenidən açılacağını açıqlayıb.
525.az xəbər verir ki, Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva Haitidə uzun illərdir bağlı olan konsulluğun tezliklə açılacağını açıqlayıb.
Bildirilib ki, konsulluğun açılması barədə qərar Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) dövlət başçılarının 7-ci Sammiti zamanı qəbul edilib. CELAC sammitində Leyva Haitinin xarici işlər naziri Jan Viktor Geneus ilə görüşərək iki ölkə arasındakı əlaqələri müzakirə edib.
Kolumbiya Prezidenti Qustavo Petro 2021-ci il iyulun 7-də sui-qəsd nəticəsində öldürülən Haitinin keçmiş Prezidenti Jovenel Moise üçün Haitidən üzr istəyib.
Qeyd edək ki, araşdırmalardan sonra sui-qəsdin 26 kolumbiyalı muzdlu tərəfindən törədildiyi məlum olub.
Malik Atilay



