|
|
|
|
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan 525.az-a bildirilib ki, yanvarın 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda tank əleyhinə 5 mina, 62 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.