Çexiya yeni prezident Petr Pavelin andiçmə mərasiminin martın 9-da baş tutacağını açıqlayıb.
525.az xəbər verir ki, yanvarın 28-i seçilən Çexiyanın yeni prezidenti, istefada olan general Petr Pavelin andiçmə mərasimi mart ayında baş tutacaq. Bu barədə parlamentin aşağı palatasının spikeri məlumat yayıb.
Spikerin sözlərinə görə, inauqurasiya tarixi martın 9-na təyin edilib. Pekarova-Adamova tədbirin Praqa qəsrində keçiriləcəyini də qeyd edib.
Havar Şəfiyeva