Rusiya Prezidenti Vladimir Putin Belarus və Rusiya əsgərləri üçün müştərək təlim mərkəzinin yaradılması istiqamətində işə başlamaq barədə göstəriş verib.
525.az xəbər verir ki, Vladimir Putin Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin internet portalında hökumətin təklifi ilə Rusiya və Belarus arasında birgə hərbi təlim mərkəzinin yaradılması haqqında qərar imzalayıb. Müvafiq olaraq, Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Rusiya Müdafiə Nazirliyinə Belarus tərəfi ilə iki ölkənin əsgərlərinin təlimi üçün mərkəzin yaradılması üçün danışıqlar aparmaq və razılıq əldə etmək tapşırılıb.
Belarus tərəfinin layihə üzrə razılığa gəldiyi təlim mərkəzlərindən ikisinin Belarusda, birinin isə Rusiyada yaradılması nəzərdə tutulur.
Məhəmməd Tağıyev