Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ölkəsinin Rusiya ilə bağlı siyasətini tənqid edən ABŞ-nin Budapeştdəki səfiri Devid Pressmana reaksiya verib.
525.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto verdiyi açıqlamada nə ABŞ-nin, nə də başqa bir ölkənin Macarıstanda işləyən səfirinin Macarıstanın daxili siyasətinə müdaxilə etmək hüququna malik olmadığını bildirib.
"Biz qubernatorları və regentləri qəbul etmirik. Düşünürəm ki, o, bizə öz ölkəmizdə necə yaşamağı izah etmək üçün göndərilməyib. O dövr başa çatıb. Macarıstan suveren ölkədir və kənardan heç kim bizə necə yaşamağı deyə bilməz", - Szijjarto deyib.
Macarların öz hökumətlərini seçdiklərini və növbəti seçkilərdə macarların hökuməti dəyişmək hüququna malik olduğunu qeyd edən Szijjarto, Macarıstan hökumətinin bundan sonra da yalnız macarların maraqları üçün çalışacağını bəyan edib.
Qeyd edək ki, ABŞ-nin Budapeşt səfiri Pressman, Macarıstan hökumət rəsmilərinin Rusiyaya qarşı sanksiyaları tənqid etmələri və Rusiyanın fikirlərini dəstəkləyən açıqlamalar verməsi səbəbiylə Macarıstan hökumətinə reaksiya vermişdi.
Malik Atilay