|
|
|
|

Sloveniyanın Baş naziri Robert Qolob Avropa İttifaqına (Aİ) üzvlük prosesində bir çox sahədə dəstək verməyə hazır olduqları Bosniya və Herseqovinanın təkcə dost deyil, həm də ən böyük müttəfiqi olmaq istədiklərini söyləyib.
525.az xəbər verir ki, Qolob Baş nazir vəzifəsinə gəldiyi 2022-ci ilin iyun ayından bəri ilk xaricə səfərini Bosniya və Herseqovinaya edib və paytaxt Sarayevoda rəsmi mərasimlə qarşılanıb. O, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Borjana Kristo ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında, son zamanlar beynəlxalq aləmdə həmrəylik və siyasi əməkdaşlığın əhəmiyyətinin artdığını bildirib.
Sloveniyanın Bosniya və Herseqovinaya sərmayə qoyduğuna diqqət çəkən Qolob: "Səfərimin əsas məqsədi Sloveniyanın ötən ilin dekabrında Bosniya və Herseqovinaya namizəd ölkə statusundan sonra Aİ-yə üzvlük prosesində kömək etməkdir", - deyib.
Məhəmməd Tağıyev



