|
|
|
|

İsveçin Baş naziri Ulf Kristersson qeyd edib ki, İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər.
525.az xəbər verir ki, yerli medianın məlumatına görə, Kristersson mətbuat konfransında ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı “İsveç və Finlandiya müxtəlif mərhələlərdə ratifikasiya (üzvlük) ola bilər”, - deyib.
Kristersson qeyd edib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom son həftələrdə müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının artdığı təəssüratındadırlar.
İsveçin bu vəziyyətə hazır olduğunu bildirən Kristersson Finlandiyanın İsveçdən öncə NATO-ya daxil olma ehtimalının daha yüksək olduğuna diqqət çəkib.
İsveçin üzvlüklə bağlı yekun qərarın Türkiyəyə aid olduğunu vurğulayan Kristersson, Finlandiyanın İsveç olmadan NATO-ya daxil olması kimi bir vəziyyətin öhdəsindən gəlməyə hazır olduğunu da əlavə edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə səbəbiylə bənzər bir işğala məruz qalmamaq üçün NATO-nun təhlükəsizlik çətirinə daxil olmaq istəyən Finlandiya və İsveç bu mövzuda birlikdə addım atmağa qərar verib və Brüsseldə birgə üzvlük müraciətlərini ediblər.
Fərid Sançar



