|
|
|
|

əkəriyyə Sərtəl “Nazım Hikmətin son illəri” kitabında yazır: “Sosialist dünyasında Nazımın ən yaxın dostu məndim”. Şübhəsiz, bu doğrudur, çünki hətta Əkbər Babayevdən də fərqli olaraq, Sərtəllər – Zəkəriyyə bəy və Səbihə xanım Nazımı ilk gənclik illərindən tanıyırdılar. 20-30-cu illərdə Zəkəriyyə bəyin redaktə etdiyi “Rəsimli ay” jurnalında birlikdə çalışmışdılar və həqiqətən də, Sosialist dünyasında Nazımın Türkiyədəki ömrünə bələd olan və son illərinin şahidi olmuş ən məhrəm dostu Z.Sərtəl idi.
1951-ci ildə Türkiyənin o zamankı rejimindən xaricə qaçmış Zəkəriyyə Sərtəl həyat yoldaşı Səbihə xanım və qızı Yıldızla birlikdə sonralar Sovet İttifaqında, Moskvada, Bakıda yaşamışdı. Bakıda İkinci fəxri Xiyabanda dəfn olunmuş Səbihə xanımın vəfatından sonra qızı Yıldızla Parisə köçmüşdü. Vətənə qayıtması yasaqdı.
Zəkəriyyə Sərtəl Nazım Hikmət haqqında iki kitabın müəllifidir – 1969-cu ildə İstanbulda nəşr olunmuş “Mavi gözlü dev” (“Nazım Hikmət və sənəti”) və 1978-ci ildə yenə də İstanbulda çıxmış “Nazım Hikmətin son illəri” kitablarının. Üstündə “Türkiyənin ən böyük şairindən Azərbaycanın ən böyük şairləri Rəsul Rza və Nigar xanıma bir anma vəsiləsi, 1.IX 1969 il.M.Z.Sərtəl” sözləri yazılmış birinci kitabıyla mənim 1978-ci ildə Türkiyədə aldığım ikinci kitabı arasında gözə çarpan fərqlər var. Birinci kitab Nazım ömrünün Türkiyə dövrü, onun həyat yolu və yaradıcılığı haqqında əsasən solçuluq mövqeyindən yazılmış əsərdirsə, ikinci – şairin həyatının sovet dövrünü əks etdirən xatirələrdir və bu xatirələrdə böyük şairin Sovet cəmiyyətində keçirdiyi mənəvi böhran, gənclik ideallarından xəyal qırıqlığı önə çəkilir. Elə buna görə də Sərtəlin həmin kitabı sovet mətbuatında kəskin tənqidlərə məruz qaldı. Nə yazıq ki, belə yazılardan birini də Əkbər Babayev yazmışdı. Tənqidi yazıların əsas ruhu Sərtələ sığınacaq vermiş Sovet İttifaqına qarşı Zəkəriyyə bəyin “nankorluq” etməsindən doğan “qəzəbdir”.
Məsələnin paradoksallığı ondan ibarətdir ki, Zəkəriyyə bəyin bu son kitabına reaksiya SSRİ-də olduğundan bəlkə daha şiddətli şəkildə Türkiyədə baş verdi. Sağlar Zəkəriyyə bəyin sovet quruluşuna tənqidi münasibətindən, Nazımın xəyal qırıqlığından sevinə-sevinə, şadlana-şadlana yazdılar, sollar Sərtəlin etiraflarını Nazıma da, kommunizm ideallarına da xəyanəti kimi dəyərləndirdilər. Sərtəllərin qızı Yıldız xanım “Ardımdakı yıllar” kitabında yazır:
“Babamın(atamın) “Nazım Hikmətin son yılları” başlığı altında yayımlanan kitabı ətrafında o kadar böyük bir gurultu qoparıldı ki, bu konuda(bu mövzuda) bir iki söz etmədən keçəməyəcəm”.
Yıldız xanım yazır ki, Türkiyədə bu kitab Əziz Nesinin təşviqiylə çap olunub, amma sonra səksən yeddi yaşlı Zəkəriyyə Sərtəlin üstünə yağan hücumlar qarşısında Əziz onu yalnız buraxıb. Doğrudur, kitabına görə Z.Sərtəl Türkiyədə qurulmuş “Nazım Hikmət komitəsi”nin üzvlüyündən xaric ediləndə Türkiyə Yazarlar Sindikatının sədri Əziz Nesin buna etiraz olaraq istefa ərizəsi verir, amma sonra müavinlərinin təkidiylə fikrindən vaz keçib vəzifəsində qalır. Yıldız xanımın rəyincə, Sərtələ qarşı bu kompaniyanın arxasında Türkiyə Kommunist Partiyasının rəhbərlərindən İsmail Bilen (Üstün(Əvvəli 14-15-ci səh.)
Tarixçi Cəmil Həsənlinin kitabında Mirzə İbrahimovun dil məsələsində necə prinsipial, ardıcıl mövqe tutduğu və bunun üstündə sovet rəhbərliyi, o cümlədən şəxsən Xruşşov tərəfindən necə ağır ittihamlarla qarşılaşdığı sənədlər əsəsında göstərilir.
Deməli, Sərtəlin, əsasən, düzgün qeyd etdiyi faktlar ardıcıllıq və formal icra baxımından qeyri-dəqiq təqdim olunub. Hər halda, bunu göstərməyi lazım bildim.
Sərtəlin xatirələrində bir fikir də doğru deyil. Yazır ki, Azərbaycanda “əski nəsildən olan şairlər Nazımı anlamaqda çətinlik çəkirlər. Azərbaycanda şeir hələ də əruz (?!) vəznində yazılır. Sərbəst nəzm onlara yabançı görünür”.
Bu, əlbəttə, belə deyil. Elə Yıldız xanımın az əvvəl sitat gətirdiyim fikrini – Azərbaycan şair və yazarlarının Nazım Hikməti nə qədər çox sevdikləri barədə sözlərini xatırlayaq. Doğrusu, mən Zəkəriyyə bəyin bu təəssüratına təəccüb qalıram. Çünki Bakıda olarkən Azərbaycanda yaranan sərbəst şeir haqqında yetərincə təsəvvürə malik idi və hətta bu şeirin əleyhdarlarından da xəbəri vardı. Bu mövzuda şəxsən mənimlə olan bir söhbətini xatırlayıram. Bakıda Sərtəlgilə gedib-gələnlərdən biri də görkəmli ədəbiyyatçı və dilçi alim Əkrəm Cəfər idi. Zəkəriyyə bəy mənə danışırdı ki, Əkrəm Cəfər gənc Azərbaycan şairlərinin sərbəst şeirlərinin qatı əleyhdarıdır. “Adamı anlamaq olar, – deyirdi Zəkəriyyə bəy – ömrü boyu əruz vəzninin heyranı olmuş, bu vəzn haqqında dəyərli kitablar yazmış. Başqa şeir şəkillərini də heç cür qəbul edə bilmir”.
Bu söhbəti atama danışanda dedi: “Zəkəriyyə bəy bilmir ki, cavanlıqda Əkrəm özü də sərbəst şeirlər yazırdı və Nazım poeziyasının vurğunu idi. Yəqin qocalıqda fikri dəyişib”.
Bir dəfə Zəkəriyyə bəylə söhbətimiz Əlibəy Hüseynzadədən düşdü. (Sonralar Parisdə Əlibəyin oğlu rəssam Səlim Turanla da məni məhz Zəkəriyyə bəy tanış etdi).
“Əlibəy, Əhməd bəy Ağaoğlu, Yusif Akçura – həpsi mənim arkadaşlarım idi – dedi. – Əlibəy aralarında ən kübarı, alicənabı idi. Əhməd bəy də çox savadlı, zəki insan idi”.
Zəkəriyyə bəyin Əlibəydən, Əhməd bəydən “arkadaşlarımdı” deyə bəhs etməsi məni şaşırtmışdı. Bax indi, qarşımda oturan, beli bükülmüş, saçları qismən tökülmüş, qismən ağarmış bu qoca kişi, mənimlə çay içib söhbət edən adam – sanki sərhədlərin deyil, zamanın da o tərəfində qalmış insanlarla tay-tuş imiş. Nə yazıq ki, Sərtəlin bu insanlar haqqında danışdıqlarını o vaxt bütün təfərrüatı ilə qələmə almadım. Növbəti dəfə yaddaşıma güvənib belə səhlənkarlıq etməyimin acısını çəkirəm. Əlbəttə, o vaxtlar Sərtəlin sovet təbliğatının “pantürkist” adıyla damğaladığı bu şəxsiyyətlər haqqında xatirələrini üzə çıxarmaq olmazdı, amma yazıb saxlamaq hökmən lazımdı. Heyf ki, Zəkəriyyə bəyin özü də onlar barədə bir şey yazmayıb.
“Qobustan”da bir yazıda – Qubad Qasımovun Üzeyir bəy haqqında xatirələrində – böyük bəstəkarımızın iştirak etdiyi bir məclisdə Əlibəy Hüseynzadənin də adı çəkildiyinə görə, senzura bu materialı jurnaldan çıxardı, mənə də MK-da “Yenə pantürkistləri təbliğ edirsiniz” ittihamı verildi.
“Qobustan”ın çıxması münasibətilə mənim xahişimlə Zəkəriyyə Sərtəl də təbrik yazmışdı və bu təbriki toplunun ilk sayında dərc etmişdik. Sərbəst vəzn məsələsinə qayıdaraq onu demək istərdim ki, Azərbaycan şeirində guya ki, bu vəznin olmaması yalnız Zəkəriyyə bəyin yanlışı deyil. Sərhədlər açılana qədər Azərbaycan və Azərbaycan ədəbiyyatı haqqında ya çox səthi, ya da heç təsəvvürü olmayan bir çox başqa Türkiyə aydınları da belə düşünürdülər. Yadımdadır, o illərdə Bakıya gəlmiş Türkiyə şairi (indi o da rəhmətə gedib) Təhsin Sarac məndən soruşurdu: – Azərbaycanda sərbəst şeir yazan şairlər varmı?
Özü də bunu məndən xəbər alırdı – Rəsul Rzanın oğlundan!
Əlbəttə, məsələ vəzndə deyil. Dəfələrlə bu fikri ifadə etmişəm ki, hər vəzndə dəyərli və dəyərsiz şeirlər yazmaq olar. O cümlədən, sərbəst vəzndə də. Bu da həqiqətdir ki, ən dərin və yeni fikirləri ənənəvi vəznlərdə də çox gözəl ifadə etmək mümkündür.
Ancaq çağdaş Türkiyə şeirinin çox böyük və önəmli qisminin sərbəst vəzndə yarandığı bir dövrdə Azərbaycan ədəbiyyatının guya hələ də sərbəsti mənimsəmədiyi haqqında təsəvvür, bir növ, bizim poeziyamızın daha arxaik mərhələni yaşadığını iddia etməkdir. Ümumən nəinki şeirimizi, nəsrimizi, sənətimizin başqa sahələrini də yetərincə bilməyən, tanımayan Türkiyə ictimai fikrində Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi haqqında bəzən çox səhv düşüncələr yer alır. Yeddi ay İstanbulun Memar Sinan Universitəsində Azərbaycan ədəbiyyatından dərs dediyim zaman belə təsəvvürləri şəxsən müşahidə etdim. Açıq deyilməsə, yazılmasa da, bəzi söhbətlərdə Azərbaycanın “məşədilər” ölkəsi olması haqqında atmacalardan xəbər tuturdum. Təəssüf ki, belə bir cahil fikir daha çox sol dairələrdə yayılıb. Sağlar da Azərbaycandan öz bədii zövqlərinə uyğun şeirləri tapır və təbliğ edirlər. Məhz belə yanaşmaya cavab olaraq mən, əsasən, sollardan ibarət olan bir auditoriyada çıxış edərək dedim:
“Bəzi çevrələr Azərbaycan kültürünə yuxarıdan – aşağı baxır, Azərbaycanı “məşədilər məmləkəti” kimi düşünürlər. Amma Azərbaycan “Məşədi İbadların” məmləkəti deyil, “Məşədi İbad”ı yaradan dahi Üzeyir bəylər məmləkətidir”.
lll
Nazım Hikmətin vəfatından bir neçə il sonra Parisdə siyasi mühacir kimi yaşayan rəssam Abidin Dino Bakıya gəldi. Bir günlüyə gəlmişdi. Məxsusi Zəkəriyyə Sərtəllə görüşmək üçün. Atam Bakıda yox idi. Abidinlə Moskvada görüşmüşdülər və rəssam bir tablosunu Rəsul Rzaya hədiyyə etmişdi. İndi bu tablo atamgilin mənzilindədir. Atam mənə telefon etdi və dedi ki, Abidin bəyi qarşılayım. A.Dinonu hava limanında Zəkəriyyə bəylə bir yerdə qarşıladıq, bütün günü bir yerdə olduq, Toğrul Nərimanbəyovun emalatxanasına getdik, nahar etdik. Bir müddət Zəkəriyyə bəylə Abidin bəyi tək qoydum ki, bəlkə məhrəm söhbətləri var. Axşamtərəfi isə Sərtəllə birlikdə A.Dinonu Moskvaya yola saldıq. Zəkəriyyə bəylə öpüşüb-görüşüb ayrıldılar və yalnız Dino trapdan əl eləyib uçağa girəndən sonra Sərtəl hönkür-hönkür ağlamağa başladı. İndiyəcən onu soyadına uyğun çox sərt, mətin və dözümlü adam kimi tanıyırdım, bu göz yaşları məni çox mütəəssir elədi. Qocanı sakitləşdirməyə, ona təsəlli verməyə çalışırdım: – Bura da sizin vətəninizdir, – deyirdim. Bir qədər toxtayıb mənə baxdı: – Nə xoşbəxt adamsınız, – dedi, – öz vətəninizdə yaşayırsınız.
Xoşbəxtliyin bir çox tərifi ola bilər. Bir vaxt “Gecə düşüncələri”mdə yazmışdım: “Xoşbəxtlik – öz vətənində yaşayıb özün olaraq qalmaqdır”.
Kitabında Zəkəriyyə bəy xatırlayır ki, Nazımla Varşavada olarkən Türkiyənin məşhur opera solisti Leyla Gəncər də orada qastrola gəlibmiş, Nazımla Zəkəriyyə bəy onun oynadığı tamaşaya gediblər, amma Nazım Leyla xanımla görüşməyə cəsarət etməyib. Leyla Gəncərimi, özünümü pis vəziyyətdə qoymamaq üçün. Sərtəl isə Gəncərə yanaşıb:
“-Leyla xanım – deyib – dünən axşam təsadüfən sizi dinlədik. Köksümüz qabardı, sizi həm öz adımdan, həm də Nazım Hikmətin adından ürəkdən təbrik edirəm.
Leyla xanım çaşıb qalıb:
– Kimsiniz əfəndim?
– Biz iki qürbət qurbanıyıq xanıməfəndi. Vətəndən uzaq və Vətən özləmi içində yaşayan iki türk – Nazım Hikmət və Zəkəriyyə Sərtəl.
Leyla Gəncərin cavabını gözləmədən ayrılıb uzaqlaşdım”.
Cəlayi-Vətən olanların gözlərindəki kədər, qəlblərindəki nisgil eynidir. Mühacirlərin mühacirət səbəbləri fərqli, daban-dabana zidd, əqidələri, ictimai baxışları müxtəlif ola bilər – dərdləri, kədərləri, qəlblərinin qübarı eynidir – Vətən həsrəti.
...qəbiristanlıqda səssiz-səmirsiz ölüm
Mühacirlik ölümdən betərdir,
Ah gülüm, ah gülüm.
2012- 2014gəl, Marat) dururdu. Türkiyəyə gəlməsi yasaq olan Bilən, Zəkəriyyə bəyə Moskva radiosunun türkcə verilişləri
vasitəsilə hücum edir və bununla Türkiyənin özündə də müəyyən qüvvələri bu hücumları şiddətləndirməyə təhrik edirdi. Səbəb Sərtəlin kitabında İsmayıl Bilənin Rusiyadakı türk kommnistləri haqqında danoslar verib tutdurduğunu və Nazımın özünə də xəyanət etdiyini yazması idi.
İsmayıl Bilənin (Maratın) Sərtəllərlə ədavətinin böyük bir tarixçəsi varmış. Rumıniyadan türkcə yayınlar yapan “Bizim radioda” bərabər çalışıblar. Maratı tanıyanların dediklərinə görə, 1934-cü ildə Türkiyədən qaçmış və bir daha ora qayıtmamış bu adam davranışıyla Stalini təqlid edən “cahil, kompleksli,qaba, məncil-eqoist, acımasız, qısqanc” (Rəfiq Erduran) bir şəxs imiş. “Bizim radioda” kəmsavad Maratdan çox daha qüvvətli qələmə sahib olan Sərtəllər bütün verilişləri özləri hazırlayırmış. Marat təbii ki, bu rəqabətə dözə bilməyib və Zəkəriyyə bəylə Səbihə xanımın ABŞ-da yaşayan qızlarının yanına gedib gəlmələrini bəhanə edərək onları “Amerika casusları” kimi radiodan qovdurur. Bundan sonra Sərtəllər Bakıda yaşamalı olurlar.
Sərtəlin kitabını bir ağızdan “Nazıma həqarət” deyə damğalayan yazılara qarşı Zəkəriyyə bəy ləyaqətini qoruyaraq yazır:
“Mən Nazımla yaşadığım günləri yazıram –deyə mətbuatda cavab verir- xəyalımdan uydurmuram, Nazımı insan olaraq anlatmağa çalışıram. O, mənim ən yaxın dostum, ən çox sevdiyim, saydığım insandı. Həqarət iddiasını şiddətlə rədd edirəm”.
Nazım də Zəkəriyyə bəyə eyni sevgi və dostluq hissləri duyurdu. Həsbxanadan Valaya yazdığı məktubda Sərtəli “Türkiyənin ən namuslu adamlarındandır” sözləriylə səciyyələndirir.
Z.Sərtəlin kitabıyla diqqətlə tanış olanda Nazım ömrünün son illərini və sovet rejiminin gerçəkliyini, əsasən, düzgün əks etdirildiyini görürsən. “Əsasən” deyirəm, çünki kitabda dəqiq olmayan, bəzən tam yanlış məlumatlar da var. Həm Zəkəriyyə bəyin özü haqqında – əlbəttə, mənim tanıdığım dərəcədə – həm də bu kitab haqqında obyektiv fikirlərimi ifadə etməyə çalışacam. Əlbəttə, kitabda müəllifin Nazıma böyük sevgisi hər səhifədə hiss olunur və heç bir həqarətdən, təhqirdən söz gedə bilməz. Zəkəriyyə bəy Nazımı bir büt, heykəl kimi deyil, canlı insan kimi – bütün güclü və zəif cəhətləriylə göstərməyə çalışır.
Qeyd olunduğu kimi, Zəkəriyyə bəy Nazım ömrünün hər iki çağına – Türkiyə və sovet dövrünə – bələd idi və odur ki, böyük şairin həyatını bütünlüklə görə, müqayisə edə və nəticə çıxara bilirdi. Z.Sərtəl yazır: “Nazımın sosialist məmləkətlərindəki yaşantısını, qarşılaşdığı çətinlikləri, çəkdiyi sıxıntıları, keçirdiyi dəyişiklikləri və əldə etdiyi başarıları mənim qədər yaxından izləyən çox az kimsə vardır”. Bu da doğrudur.
Ömrünün böyük qismində ardıcıl və əqidəli solçu olan Sərtəl kommunist deyildi.
Amma həyat yoldaşı Səbihə xanım kommunist idi. Qızları Yıldız da gənc yaşlarından bu partiyaya üzv olmuşdu. Yarızarafat, yarıciddi danışırdılar ki, evlərində Səbihə xanımla Yıldız xanım partiyanın məxfi məsələlərini müzakirə edərkən Zəkəriyyə bəy həssaslıqla o biri otağa keçərmiş. Səbihə xanım sefardların – 500 il əvvəl katolik İspaniya inkvizisiyasından qurtularaq Osmanlı dövlətinə pənah gətirən, burada sığınacaq tapan və hüzur-rahatlıq içində yaşayan yəhudilərin nəslindən idi. Sefardlar nəslindən Türkiyənin bir çox görkəmli xadimləri, o cümlədən 100-dən artıq paşa (general) və admiral çıxıb. Amma Səbihə xanım özü, əlbəttə, müsəlman idi. Əgər kommunistlərin, ümumiyyətlə, dini mənsubiyyəti olursa. Hər halda, ana dili türk dili idi, türk əxlaq və mənəviyyatının daşıyıcısı, Türkiyə ədəbiyyatının dərin bilicisiydi, Tofiq Fikrətə aid araşdırması bu böyük şair haqqında çox qiymətli kitabdır. Səbihə xanımın “Roman gibi” (1919-1950) adlı başqa bir kitabında müəllifin və həyat yoldaşı Zəkəriyyə bəyin keşməkeşli ömür yolları, ideoloji və siyasi savaşları haqqında, gənc Nazım Hikmətin “Rəsimli ay” dərgisində fəaliyyəti, “bütləri yıkalım” çabaları, Peyyami Səfayla ziddiyyətli münasibətləri haqqında maraqlı məlumatlar var.
Səbihə xanımın “Roman gibi” və Zəkəriyyə bəyin “Xatırladıqlarım” kitablarında gənc Nazımın türk ədəbiyyatının klassiki Əbdülhaq Hamidin dəvətiylə onun evində qonaq olmasından təqribən eyni sözlərlə bəhs edilir. Şübhəsiz Sərtəllərin yazdıqları Nazımın özünün bu görüş haqqında danışdıqlarına əsaslanır.
Yeni ədəbiyyat, mütərəqqi dünyagörüşü, sol ideyalar uğrunda mücadilələrindən, bu işin çətinliklərindən və özlərinə qarşı təqiblərdən Səbiyyə xanım xəsis ifadələrlə danışırsa “Sabiha” kitabının müəllifi Rəfiq Erduran bu yolun məşəqqətləri haqqında sarsıdıcı faktlar gətirir. Sərtəllər hələ “Tan” qəzetində çalışarkən iki polis rəsmisi əllərində qırmızı mürəkkəb dolu şüşələrlə içəriyə girirlər. Xoşbəxtlikdən ər-arvad bu vaxt mətbəədə olmayıblar. Rəfiq Əruran yazır:
“Sərtəllər qəzetdə bulunub da ələ keçsələrdi, çırıl-çılpaq soyundurulub qırmızıya boyanaraq və “iştə qızıl kommunistlər” deyə sokaklarda dolaşdıracaklardı”.
Sərtəllər Türkiyədən qaçıb bir müddət Amerikada qalırlar (böyük qızları ABŞ-da yaşayırdı). Avropa ölkələrini dolaşdıqdan sonra SSRİ-yə gəlirlər və daimi məskən kimi Moskvanı deyil, Bakını seçirlər.
Sərtəllər Bakıya gəlməzdən öncə, yadımdadır, Nazım Moskvadan atama telefon etmişdi, Zəkəriyyə bəyə və ailəsinə mehribanlıq göstərməsini, qəriblərə həyan olmasını rica etmişdi, Bakıda yaşadıqları müddətdə atam da, anam da Sərtəllərə hər cür qayğı göstərirdilər, çalışırdılar ki, özlərini qürbətdə hiss etməsinlər. Tez-tez evimizdə qonaq olardılar. Biz də tez-tez onlara gedərdik. O vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri olan Mehdi Hüseyn də Sərtəllərlə yaxın əlaqə saxlayır, onların bütün problemlərinin həll olunmasına yardım göstərirdi. Yıldız Sərtəl “Ardımdakı illər” adlı xatirələr kitabında yazır:
“Rəsul Rza və arvadı Nigar xanım, Sabit Rəhman kimi Azərbaycanın həssas şair və yazarlarıyla tanış olduq. Bəzi gecələr Nigar xanım məlahətli səsiylə bizə gözəl şeirlərini oxuyardı. Nazımı çox sevən bu insanlar bizimlə də qaynaşdılar və Bakını bizə sevdirdilər”.
Həyatda hər şey necə də bir-birinə sarılıb qarışır!
Sərtəllərin Bakıdakı mənzilləri indi anamın adını daşıyan küçədədir – Nigar Rəfibəyli küçəsində. Səbihə Sərtəl Bakıda dəfn ediləndən sonra anam Türkiyə səfərindən qayıdarkən bir ovuc torpaq gətirib Səbihə xanımın məzarına səpmişdi. Yıldız xanım yazır:
“Anamı azəri dostlarımızla bərabər Bakı məzarlığına gömdük. Nigar xanımın Türkiyədən gətirmiş olduğu bir kisə türk torpağını məzarına səpdik, yurd həsrəti içində olduğunu bilirdik. Azərilər ona çox gözəl bir məzar daşı yapmışdılar və üstünə də Səbihə Sərtəl, 1898-1968 yazdılar”.
Yıldız xanım bir məqamı qeyd etməyib. Bu bir ovuc türk torpağını Nigar Rəfibəyli məhz Tofiq Fikrətin məzarı, evi, indi isə muzeyi olan “Aşiyan”dan gətirmişdi – axı rəhmətlik Səbihə xanım böyük şairin tədqiqatçısı və heyranı idi.
Anam isə bu hadisədən danışanda həmişə gülümsünürdü. “Aşiyan”a İstanbulda yaşayan böyük qardaşı Kamillə gedibmiş. Torpağı balaca kisəyə yığanda çoxdan bəri belə şeylərdən yadırğamış Kamil dayı yariciddi-yarızarafat: – Əlli ildə Sovet hökuməti sizləri İmamzada təfəkküründən qurtara bilmədi? – deyə soruşub.
Kamil dayı uşaqlığında və ilk gəncliyində doğma şəhəri Gəncədə gördüyü dini kompleksi – İmamzadanı, zəvvarların oradan tutiya kimi torpaq aparmasını xatırlayıbmış. Amma qəribədir ki, İmamzadadan xəbəri olmayan rus şairi Lev Oşanin də belə hərəkət edib. Bu barədə Fikrət Qoca yazır: “Lev Oşanin Türkiyə səfərindən Nazım Hikmətin məzarına qoymaq üçün torpaq gətirmişdi. Biz ürəyə bənzər bir qab düzəldib, həmin torpağı o məzarın sinəsində basdırdıq, poemanı yazmağı orda qərara aldım. İlk sətirlərini də elə oradaca düşündüm:
“Deyirlər məzar
İstanbuldan
Bir ovuc torpaq
İstəyib ancaq
Bir əcnəbi də
keçəndə burdan
İstanbuldan
Bir ovuc torpaq
“oğurlayıbdır”
Sonra quş kimi
Uçub bu yerdən,
Keçib düzlərdən,
qərib məzarın
gəlib yanına.
Bir ehtiramla
baş əyib ona
Qoyub torpağı
Qərib məzarın
isti qoynuna
Türk oğluna da
bu gərək imiş
Qəriblər üçün
Vətən torpağı
Bir ürək imiş
Qalxıb o gündən
Gəzir gecələr
gizli xəyaltək.
Deyirlər bizim
İstanbula da
Bir gün gələcək”.
lll
Zəkəriyyə bəylə Yıldız Parisə köçəndən sonra mənzilləri rəssam Toğrul Nərimanbəyova verildi. Yenə də dəfələrlə bu evdə oldum – Toğrulla arvadı rəhmətlik Elmira xanımın qonağı kimi. Bir dəfə Toğrulun atamgildə Sərtəllərlə eyni vaxta qonaq olduqları da yadımda qalıb. Azərbaycanca belə ləhcəylə danışan Toğrul Türkiyə türkcəsini heç başa düşə bilmirdi. Sərtəllər isə rusca bilmirdi, odur ki, ünsiyyətləri çox qəribə şəkildə idi. Məsələn, Toğrul: – Pikasso! Ooo! Pikasso! – deyirdi, Sərtəllər dərhal: Əvət Pikasso çox böyük sanatçı – deyirdilər və türkcə Pikasso haqqında uzun-uzadı danışırdılar. Deyilənlərin yüzdə doxsanını anlamayan Toğrul indi də təzə mövzuya keçirdi: – Matiss! – deyirdi, – Ooo! Matiss! – Əvət, Matiss də iyi bir ressam, – deyə Sərtəllər indi də bu fransız boyakarından söz açırdılar.
Neçə il sonra Toğrul Fikrət Əmirovun “Min bir gecə” baletinə səhnə tərtibatı vermək üçün Türkiyəyə getdi və bir neçə ay İstanbulda qaldı. Geri dönəndə: – Türklərlə necə anlaşa bilirdin? –deyə xəbər aldım. Toğrul: –Oçen prosto – dedi, – okazıvaetsa u nix bardak eto stakan.
1969-cu ildə Toğrulla Parisə getmişdik. Zəkəriyyə bəylə zəngləşib görüşdük. Baletmeyster Nailə Nəzirova da bizimləydi. Açıq kafelərin birində oturub Parisin axşam həyatını seyr edirdik, Zəkəriyyə bəy bu şəhərə heyranlığımızı görürdü. Mənə göz vurub Nailəyə: – Bəlkə burda qalmaq istərdiniz, – deyə soruşdu, – sovet balet ustalarından buralarda qalanlar çoxdur və hamısı yaxşı işlə təmin olunub.
Əlbəttə, Zəkəriyyə bəy bu təkifi ciddi etmirdi, “şaka yapırdı”. Nailə sovet cəmiyyətinin yetirməsi idi, yəni xaricdəki hər kəsin onu “verbovat” eləmək istəyən xüsusi xidmət işçisi olduğuna şübhə etmirdi. Əsl sovet patriotu kimi sərt bir şəkildə: – Burda niyə qalıram, – dedi, – öz vətənimə nə gəlib? Orda da lap yaxşı işləyə bilirəm.
Bu söhbəti ona görə xatırladım və həyatın dolama-dolaşıq yollarından ona görə söz saldım ki, çox illər sonra Toğrul da, Nailə də Fransada yaşamalı oldular. Doğrudur, ayrı-ayrı şəhərlərdə – Toğrul Parisdə, Nailə – Versalda. Zəkəriyyə bəy isə rəhmətə gedib. Ölümündən qabaq kiminsə vədinə inanıb uçub gəlib İstanbula, amma onu hava limanından şəhərə buraxmayıblar və kor-peşman Parisə qayıdıb. Ancaq bir müddət keçib, Türkiyədə növbəti hökumət dəyişikliyindən sonra axır ki, illər boyu həsrətini çəkdiyi məmləkətinə qayıda bilib. Ölmək üçün. Doğru deyiblər ki, “gəzməyə (bəzən də qaçmağa) qürbət ellər, ölməyə vətən yaxşı”...
(Bu mətn yazılandan çox illər sonra kədərli bir əlavə də etməli oluram: keçən il (2013) bir vaxtlar hər gün görüşdüyüm, ortaq yaradıcılıq işlərinə imza atdığımız, müxtəlif vaxtlarda mənim altı portretimi çəkmiş, Azərbaycan rayonlarına, Moskvaya, Parisə birgə səfərlərə çıxdığımız əziz dostum, böyük rəssamımız Toğrul Nərimanbəyov Parisdə vəfat etdi və elə o şəhərdə də dəfn edildi).
Yıldız xanım indi Türkiyədədir. 1993-cü ildə İstanbulda məşhur kinorejissor Xalid Rəfiqin evində qonaq idim. Telefon oldu, kiminləsə danışdı, sonra mənə müraciət etdi: – Sizinlə güzel bir hanım konuşmaq istiyor, – dedi. Təəccüb qaldım:
– Kim idi mənim burda olduğumu bilən gözəl xanım? Demə, Yıldız xanım imiş. Xalid bəy mənim onlarda qonaq olduğumu deyib. – Mərhəba Yıldız xanım, bizləri unutmadınızmı? – dedim.
– Nasıl da unutalım? Babanızın, annenizin bizlərə sayğısı, şafqatı unutulurmu? Hele Nigar hanımın annemin mezarına İstanbuldan topraq getirmesi...
İllər sonra, ən müxtəlif yerlərdə, ən müxtəlif adamlardan valideynlərim haqqında xoş sözlər, unudulmaz xatirələr eşidəndə kövrəlirəm. Vəfatlarından uzun illər keçdi, indi mən özüm anamdan da, atamdan da yaşlıyam.
lll
Zəkəriyyə Sərtəlin “Nazımın son illəri” kitabında çox dəyərli bilgilər olsa da, dediyim kimi, bəzi yanlışlıqlar da var. Məsələn, Nazımın 20-ci illərdə Moskvaya ilk gəlişində SSRİ-nin rəhbərləri sırasında Leninin, Plexanovun (?), Malenkovun (?), Trotskinin adını çəkir. Halbuki Plexanovun, heç vaxt SSRİ-nin rəhbərlərindən olmaması bir yana, o vaxt artıq sümükləri də çürümüşdü, Malenkov isə dünyaya gəlsə də, o vaxt hələ siyasət aləminə gəlməmişdi. Bəlkə Plexanov Zəkəriyyə bəyin hafizəsində ona görə ilişib qalıb ki, Nazımı Qara dənizdə xilas edən gəmi bu marksistin adını daşıyırmış. Sərtəl A.Fadeyevin “Partizan” romanının adını çəkir. Fadeyevin belə bir əsəri yoxdur, məlum deyil ki, hansı roman nəzərdə tutulur – “Tarmar”, yaxud “Gənc qvardiya”. Bunlar, əlbəttə, xırda qüsurlardır. Amma Sərtəl Nazımın Azərbaycana səfəriylə bağlı məsələlərdən danışarkən daha ciddi yanlışlıqlara yol verib. Nazımın Bakıda həqiqətən olmuş bir söhbətini xatırlayır. Böyük şair Bakıda telefonla məlumat almaq istəyəndə ona rusca cavab vermişlər və “biz azərbaycanca bilmirik” demişlər. Bu Nazımı çox hiddətləndirmişdi. Bunu bizdə qonaq olanda da çox əsəbi şəkildə nəql edirdi. Amma bu – olmuş faktı gətirəndən sonra Z.Sərtəl yazır ki, “Azəri türklərinə görə məlumat bürosundakı qızın ruscadan başqa bir dil bilməməsi çox təbii bir şeydir”.
Əlbəttə, belə deyil və Zəkəriyyə bəyin azəri türklərini dil məsələlərinə biganəlikdə suçlamağa haqqı yoxdur. O vaxt Mirzə İbrahimov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri idi. Yeri gəlmişkən, onu da deyim ki, Nazım Mirzə müəllimi zahiri görkəmi etibarilə Azərbaycanda ən gözəl kişi hesab edirdi.
Zəkəriyyə Sərtəlin versiyasına görə, Nazım dil məsələsiylə ilgili Mirzə İbrahimovu tənbeh edib. Sərtəl yazır:
“Mirzə İbrahimov Nazım getdikdən sonra düşünür, daşınır və bir fərman hazırlayır və ertəsi gündən başlayaraq rəsmi dairələrdə türkcə işlənməsini əmr edir. Ertəsi gün Moskva Bakıya bir partiya təmsilçisi göndərir, Mirzə İbrahimovu suçlayaraq dərhal taxtından endirirlər, fərman geri alınıır və işlər yenə əskisi kimi rusca yürüdülür”.
Z.Sərtəlin bəhs etdiyi hadisələri və ümumən sovet sisteminin xüsusiyyətlərini bilənlər Zəkəriyyə bəyin təfsirində bu prosesin nə qədər bəsitləşdirildiyini dərhal aydın görəcək. Azərbaycan dilinin o vaxt dövlət dili elan olunmasında Mirzə İbrahimovun və MK-nın Birinci katibi İmam Mustafayevin çox böyük rolu olduğu doğrudursa da, bu işin daha mürəkkəb şəkildə və uzun prosedurlar, razılaşmalar (o cümlədən, təbii ki, Moskvanın yüksək rütbəli rəsmiləriylə razılaşmalar) nəticəsində həyata keçirildiyi məlumdur. Azərbaycan dilinin dövlət dili olması haqqında bu vaxt Konstitusiyaya əlavə olunmuş maddə (fərman deyəndə Sərtəl bunu nəzərdə tutur) heç vaxt ləğv edilməmişdi. Amma, əlbəttə, o da doğrudur ki, bundan sonra da rəsmi işlər, yazışmalar yenə də, əsasən, rus dilində aparılırdı və Mirzə İbrahimovun da, İmam Mustafayevin də bir müddət sonra “taxtlarından endirilməsində” bu dil məsələsinin səbəblərdən biri olduğu da həqiqətdir.

2012- 2014