Bu gün Gəncə şəhər Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri Həsən Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Elçi Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, H. Hüseynli 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, H. Hüseynli qanunsuz olaraq silah gəzdirmə və bir nəfəri bıçaqla yaralamaqda təqsirləndirilir.