Dünən ölkədə baş vermiş yol qəzaları nəticəsində 4 nəfər həyatını itirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.