“Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 30 min 900 nikah bağlanıb. Təxminən 5 min boşanma halı qeydə alınıb”.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin 5 ayı ərzində ölkə ərazisində boşanmaların və bağlanan nikahların sayında mühüm dəyişiklik yoxdur:
“2013-cü il yanvar-may ayı ilə 2014-cü ilin yanvar-may ayını müqayisə edəndə görürük ki, əhalinin hər 1000 nəfərinə düşən səviyyə dəyişməyib, eyni qalıb. Yəni hər 1000 nəfərə bağlanan nikah 7,9 faiz, boşanma isə 1,3 faizdir”.