|
|
|
|
Terapevt, dietoloq, tibb elmləri doktoru Marqarita Koroleva avokadonun gözlənilməz faydalı xüsusiyyətlərindən danışıb.
525.az "Lent.ru"ya istinadən xəbər verir ki, Marqarita Korolevanın sözlərinə görə, avokadonun müntəzəm istehlakı sinir sistemi, ağciyər və ürəyin sağlamlığı üçün faydalıdır. İlk növbədə, həkim reproduktiv sistemin və ağciyərlərin sağlamlığı üçün lazım olan çox miqdarda yağları qeyd edib.
O, yağ turşularının ürək və qan damarlarının sağlamlığını dəstəklədiyini, həmçinin xərçəngin qarşısının alınması üçün zəruri olan antiinflamatuar təsirə malik olduğunu vurğulayıb: "Avokadonun tərkibindəki bitki zülalı bədən toxumalarının qurulması üçün lazımdır. Bizim toxumalarımızda təkcə heyvan mənşəli deyil, həm də bitki mənşəli zülallar olmalıdır ki, onlar bir-birini tamamlayaraq bütün biokimyəvi reaksiyaların mükəmməlliyini və hüceyrələrin fəaliyyətini təmin etsinlər", - Koroleva deyib.
Havar Şəfiyeva