|
|
|
|
Prezident Ərdoğan Fələstin Prezidenti Mahmud Abbas və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə telefon danışığı aparıb.
525.az xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan telefon danışığı zamanı Fələstinə hər cür dəstəyi davam etdirəcəklərini ifadə edib. Eyni zamanda Fələstinin zəlzələlərə görə göstərdiyi həmrəyliyə görə də təşəkkür edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə də telefon danışığı aparıb. Türkiyə Prezidentinin Rəyasət Heyətinin Kommunikasiyalar Müdürlüyündən verilən açıqlamaya görə, görüşdə Türkiyə-Əlcəzair əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Əlcəzairə Türkiyədə baş verən zəlzələlərin göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür edib. Görüş zamanı liderlər həmçinin Ramazan bayramı münasibətilə qarşılıqlı təbriklərini də çatdırıblar.
Fərid Sançar