|
|
|
|

Bu günlərdə Azərbaycan ədəbiyyatının yaxın dostu, Azərbaycan sevdalısı türkiyəli yazıçı, tərcüməçi mərhum Əbdülqadir Özkanın xatirəsinə həsr olunmuş "Göy aldı, yer gizlədi" kitabı işıq üzü görüb.
"Qanun" nəşriyyatında çap olunan kitabda Türkiyədə 6 fevral tarixində baş verən və on minlərlə insanın itkisi ilə "Əsrin faciəsi" adlandırılan Kahramanmaraşlı mərkəzli zəlzələdə ailəsi ilə birgə dağıntılar altında qalaraq hələ 33 yaşında ikən həyatını itirən gənc yazıçı Əbdülqadir Özkan haqqında xatirələr toplanıb. Nəşrdə onun dostlarının, qələm yoldaşlarının, kitablarını tərcümə etdiyi azərbaycanlı ədiblərin xatirələri yer alıb.
ŞAHANƏ



