Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunub.
525.az APA-ya istinadən xəbər verir ki, 37 ailə Olimpiya kompleksinə yerləşdirilib.
xxx
Biləsuvarda yaşayış binasında partlayış olub.
525.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, hadisə yerində yaralılar var, bir nəfər ölüb.
Partlayış yerinə hüquq-mühafizə, FHN-in yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.