https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Demet Akalın, Asena və "Memati" Bakıya gələcək

Demet Akalın, Asena və "Memati" Bakıya gələcək

Türkiyəli məşhurlardan “Kurtlar vadisi” serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, rumıniyalı müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycana ulduz axınının səbəbi avqustun 23-ü paytaxtda “Crystal Hall”da keçiriləcək “Miss Globe İnternational” gözəllik müsabiqəsinin final mərhələsi ilə əlaqədardır.
Belə ki, həmin müsabiqədə 72 ölkənin gözəli iştirak edəcək. Onlardan biri “Miss Globe İnternational” adına layiq görüləcək.

Xatırladırıq ki, mayda ölkəmizdə keçirilən müsabiqədə Şücai Banu İslam qızı “Miss Globe Azərbaycan” adına layiq görülərək əsas finala vəsiqə qazandı.

Məlumat üçün bildiririk ki, “Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq “Gözəllik Kraliçası” seçilib.

89-cu “Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq həyata keçəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.