https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Qurban Qurbanov: "Üçüncü dəfə Avstriya klubuna qarşı"

Qurban Qurbanov: "Üçüncü dəfə Avstriya klubuna qarşı"

Bu gün Çempionlar Liqasında “Zalsburq”la oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avstriya klublarına qarşı baş məşqçi qismində keçirəcəyi rəsmi üçüncü qarşılaşma olacaq.

Qol.Az-ın xəbərinə görə, Q.Qurbanovun məşqçi kimi Avropa kuboklarında debüt matçı məhz Avstriya təsmilçisi ilə oyuna təsadüf edir. 2007/08-ci il mövsümündə “Neftçi”nin baş məşqçisi olan Q.Qurbanov UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” komandası ilə qarşılaşıb. Səfərdəki ilk görüşdə “Neftçi” 1:3 hesabı ilə uduzub, Bakıdakı təkrar qarşılaşmada isə Azərbaycan təmsilçisi hesabda 2:0 öndə olsa da, sonra bir qol buraxıb.

Beləliklə, “Neftçi” yekunda 2:1 hesabı ilə qalib gəlib, amma səfərdə vurulan qol sayəsində növbəti mərhələyə “Rid” vəsiqə qazanıb.

Qeyd edək ki, təkrar matçda “Neftçi”nin qollarını Branimir Subaşiç və hazırda “Qarabağ”ın kapitanı olan Rəşad Sadıqov vurub. Yeri gəlmişkən, R.Sadıqov azərbaycansayağı günc zərbəsindən sonra topu rəqib qapısına göndərib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.