
"Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi məsələsində razılıq əldə olunub".
525.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, Ermənistan suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin bərpasına hazırdır.



