https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

UEFA "Neftçi"nin rəqibini cəzalandırdı

UEFA "Neftçi"nin rəqibini cəzalandırdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Çixura" klubunu cəzalandırıb.

Qol.Az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, buna Saçxere təmsilçisinin II təsnifat mərhələsinin cavab görüşdə evdə "Bursaspor"la keçirilən oyununda (0:0) baş verənlər səbəb olub.

Tiflisdə keçirilən həmin qarşılaşmada gürcüstanlı azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, pankartlar açaraq, siyasi şüarlar səsləndirmişdilər. Bu səbəbdən UEFA "Çixura" klubunu 15 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, avqustun 7-də Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək "Çixura" klubunun bu tip hadisələrin bir daha təkrarlanmaması üçün əlavə tədbirlər görəcəyi bildirilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.