
Özbəkistan 2027-2029-cu illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Özbəkistan 2027-ci ildən, yəni Uqandadan sonra Qoşulmama Hərəkatının növbəti sədri olacaq.



