
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Qeyd olunub ki, Paşinyan səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.



