https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik"

"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik"
Çempionatın ilk günündə mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz günü 3 qızıl medalla başa vurub. İbrahim Nurullayev (50 kq), Elman Muxtarov (60 kq) və Orxan Nuriyevin sayəsində (96 kq) ilk yarış günündə Zaqrebdə himnimiz 3 dəfə səslənib.
 
Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, İbrahim Nurullayev (50 kq) və Elman Muxtarovun (60 kq) qalibiyyəti isə, komandamıza ikiqat sevinc bəxş edib. Çünki İbrahim Nurullayev ilk görüşündə, Elman Muxtarov isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb.
 
Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz qazanılan bu qələbəni son günlərdə Dağlıq Qarabağda baş verən hadisələr zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyib:
 
"Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əsgərləriyik.

Sabah Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!"
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.