|
|
|
|

Bir körpənin görmədiyi atası üçün darıxdığı qədər acı,
toya hazırlaşan nişanlı bir qızın şəhid tabutu qarşılayacaq qədər qaralı-ağrılı,
“atam işdədir” deyən körpənin həyatının ən böyük itkisindən xəbərsiz olduğu kimi məsum...
bundan sonra həm də ata olmaq yükünü çiyinlərinə almış qadın qədər qüssəli və məğrur,
bu an ən böyük arzusunu atasını qucaqlaya bilmək olan uşağın sevgisi kimi təmənnasız...
iki bəndlik dastan kimi dərin və mənalı,
səssizcə edilən vida kimi,
hisslərin dil açıb danışması, kəlimələrin utanması kimi..
Ölümlərin ən gözəlidir ŞƏHİDLİK...
Ölərək ölümsüzləşməkdi!
Qürurdan doğulan acı, qürrədən yaranan məyusluq, torpağa qarışan torpaq sevgisidir!
Ana Vətənin övladıdır ŞƏHİDLİK!
Milyonların qəlbinə dağ, milyonların ürəyinə fərəhdir ŞƏHİDLİK!
Şərəfdir ŞƏHİDLİK!
Uğruna can verilən torpağın Vətən kimi qucaq açması, qoynuna almasıdır!
ŞƏHİDLİK Vətənin öz oğlu ilə görüşüdür!
Uzun, çətin bir yolun sonunda Vətən oğlunun uğruna qan tökdüyü torpaqla vüsalıdır ŞƏHİDLİK!
Bayraqlaşan nümunədir ŞƏHİDLİK!
Bir ömürlük acı, bir ömürlük həsrət, sağalmayan yara, bitməyən, azalmayan fəxrdir ŞƏHİDLİK!
Çoxları gözəl yaşamağı arzulayar
Onlar gözəl ölümü seçənlərdi.
Çoxları ölər, amma onlar ŞƏHİD olarlar.



