Yaxın vaxtlarda Gəncənin sonuncu xanı Cavad xanın bu şəhərdə heykəli ucaldılacaq.
Abidədə Cavad xan at belində əsgərlərini işğalçılarla döyüşə səsləyən an əks olunacaq.
Heykəlin qoyulacağı yerdə dairəvi yolun çəkilişi nəzərdə tutulub ki, nəticədə qərb tərəfdən şəhərə daxil olan və yaxud şəhərdən çıxan hər kəs ilk növbədə Cavad xanın abidəsini görəcək.
On dörd metr hündürlükdə nəzərdə tutulan abidəni bir kilometr məsafədən görmək mümkün olacaq.
Heykəlin müəllifi, Əməkdar Rəssam Şərif Şərifov AzərTAc-a əsər üzərində işləyərkən Cavad xanın nəinki görkəmli sərkərdə, eyni zamanda, dövlət xadimi, xalqını sevən, onun yolunda canını fəda edən xalq qəhrəmanı kimi təsvir olunmasına çalışdığını bildirib.
Heykəlin “Quru qobu” adlanan ərazidə qoyulmasının əsas səbəbi isə Cavad xanın məhz burada rus qoşunları ilə qeyri-bərabər döyüşdə şəhid olmasıdır.