Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır.
10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.