Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib.
525.az-ın məlumatına görə, BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib.
Görüşdə Yaponiyanın səfir Şusuke Vatanabe iştirak edib.
Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasinda və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında «Yenə də anlaşılmaz yaponlar? – Onlar Böyük Zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?» mövzusunda mühazirə ilə çıxış edib.