“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur. Ölkələrimiz arasında çoxsaylı formatlar mövcuddur”.
525.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz tez-tez görüşürük, telefon danışıqları aparırıq. 2023-cü il ölkələrimizin tarixində çox önəmli ildir. Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub”, - nazir vurğulayıb.