Bu gecə Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan 6 nəfərdən 5-nin şəxsiyyəti məlum olub.
Lent.az-ın məlumatına görə, gecə saat 03 radələrində Zabrat qəsəbəsində "VAZ 2106" ilə "Mercedes" markalı iki avtomobilinin toqquşması nəticəsində həlak olan şəxslərin meyiti ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib.
Artıq qəzada həlak olan 6 nəfərdən 5-nin şəxsiyyəti müəyyən edilib. Ölənlərin hamısı "VAZ 2106" markalı avtomobildə olan şəxslərdir.
Həlak olan şəxslər bunlardır:
İmranov Murad İman oğlu Baxşıyev Mürvət Mehman oğlu Qasımov Ramin Hafiz oğlu Cəfərov Eyyub Araz oğlu Novruzov Mehman Kamran oğlu və kişi cinsinə mənsub olan naməlum şəxs.
"Mercedes"in sürücüsü Quliyev Hafiz Ramiz oğlu və sərnişin Gülməmmədov Nizami Meydan oğlu ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "VAZ 2106"-nı M.Novruzov idarə edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.