Fövqəladə Hallar Nazirliyi Xırdalanda binada baş vermiş partlayışla bağlı məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib. 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.