|
|
|
|
Son 20 ildə Azərbaycanda avtomobillə sərnişin və yük daşımalarından əldə edilən illik gəlir 10 dəfə artıb.
525.az-a xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, əgər 2003-cü ildə daşımalardan 171,4 milyon manat gəlir əldə edilmişdisə, 2022-ci ildə bu rəqəm 1 milyard 692,6 milyon manat təşkil edib.