Rusiya xarici işlər naziri Sergey Lavrov Afrika qitəsində "müstəmləkəçilik qalıqlarının" aradan qaldırılması lazım olduğunu bildirərək: "Bəzən xarici güclər yardım təklif edir və ilk növbədə öz maraqlarını güdürlər. Bu, afrikalıların xeyrinə deyil", - deyib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Syerra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Timoti Musa Kabba görüşdən sonra mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov, Sahara və Sahel bölgələrindəki vəziyyətə toxunaraq: “Biz Qərbi Afrika ölkələrinin xarici dünya ilə təmaslarında öz suverenliklərinin təmin edilməsinə və maraqlarının qorunmasına diqqət yetirmələrinin və bu bölgədəki müstəmləkəçilik qalıqların aradan qaldırılmasının tərəfdarıyıq”, - deyə bildirib.
Afrikada bir çox problem və böhran olduğuna diqqət çəkən Lavrov, Afrikadakı problemlərin afrikalılar tərəfindən həll edilməsinin tərəfdarı olduqlarını vurğulayıb.
Malik Atilay