Böyük Britaniya Rusiyanın zərərli kəşfiyyat fəaliyyətini əsas gətirərək, Rusiyanın müdafiə attaşesini ölkədən çıxaracağını açıqlayıb.
525.az xəbər verir ki, Britaniya Xarici İşlər, Daxili İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatına görə, daxili işlər naziri Ceyms Kleverli Rusiyanın kəşfiyyat məlumat toplama əməliyyatlarını hədəfə almağa və aradan qaldırmağa yönəlmiş tədbirlər paketini həyata keçirəcəklərini açıqlayıb.
Açıqlamada adı çəkilməyən Rusiya müdafiə attaşesinin deportasiya ediləcəyi paylaşılıb.
Rusiyanın Londondakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın hərəkətlərinə dözülməyəcəyi bir daha təkrarlanıb.
Məhəmməd Tağıyev