Sinqapurda "F-16" qırıcı təyyarəsi havaya qalxış zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb.
525.az xəbər verir ki, Sinqapur Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sinqapur Hərbi Hava Qüvvələrinə aid "F-16" döyüş təyyarəsi havaya qalxarkən problemlə üzləşib, təyyarə qısa müddət sonra Tengah aviabazasında qəzaya uğrayıb.
Açıqlamada pilotun oturacağı atmaq üsulu ilə xilas edildiyi bildirilərək: "Pilot müvəffəqiyyətlə xilas olub. Onun şüuru yerindədir və yeriyə bilir", - deyə qeyd edilib.
Məhəmməd Tağıyev