ABŞ-də Corc Vaşinqton Universitetinin şəhərciyində polis tələbələrin Fələstinə dəstək məqsədilə qurduqları düşərgəni yığışdırıb.
525.az xəbər verir ki, ABŞ universitetlərində Fələstin xalqı ilə həmrəylik məqsədilə keçirilən nümayişlər polisin sərt müdaxiləsinə baxmayaraq davam edir. Tələbələrin etirazları indi universitetlərdən kənara çıxıb və küçələrdə də əks-səda verir.
Belə ki, polis yerli vaxtla 03:30 radələrində universitetdə düşərgə quran nümayişçilərə ərazini tərk etmələri barədə xəbərdarlıq edib. Polis xəbərdarlıqlara əməl etməyən bəzi nümayişçilərə bibər qazı ilə müdaxilə edərək nümayişçilərin düşərgə ərazisinə daxil olmasına mane olmağa çalışıb.
Qeyd edək ki, polis kampusdakı Fələstinə dəstək düşərgəsini dağıdıb, 10-dan çox adamı saxlayıb.
Məhəmməd Tağıyev