Afrika İttifaqı (Aİ) İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qarşı başlatdığı son hücumları qətiyyətlə pislədiyini açıqlayıb.
525.az xəbər verir ki, Aİ Komissiyasının sədri Moussa Faki Mahamat verdiyi yazılı açıqlamada İsrailin Qəzzada apardığı və kütləvi ölümlərə səbəb olan müharibədən çox narahat olduğunu bildirib.
Mahamat müharibənin humanitar yardım üçün yeganə dəhliz olan Rəfaha qədər uzanmasını qətiyyətlə pislədiklərini və beynəlxalq ictimaiyyəti birgə hərəkət etməyə çağırdıqlarını vurğulayıb.
Məhəmməd Tağıyev