"TikTok" və onun çinli sahibi "ByteDance" şirkəti sosial media tətbiqinin qadağan edilməsinə yol açan qanunla əlaqədar ABŞ hökumətinə qarşı iddia qaldırıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu iddia edilib.
İddiada "TikTok"un ABŞ-də fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı bildirilib.
Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu "TikTok"un ABŞ-yə ötürülməsinə və ya köçürülməsə qadağan edilməsinə yol açan qanun layihəsi ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanıb və 24 apreldə qüvvəyə minib.
Malik Atilay