Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib.
525.az xəbər verir ki, o, bu barədə səfirliyin "X" hesabında paylaşım edib.
“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - əlavə edilib.
Qeyd edək ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.